Lənkəranda ikimərtəbəli ev yanıb

Lənkəranda ikimərtəbəli ev yanıb
# 05 iyun 2020 11:10 (UTC +04:00)

Lənkəranda ikimərtəbəli yaşayış evi yanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şağlaser kəndində baş verib. 1966-cı il təvəllüdlü Mirbaba Həsən oğlu Hüseynzadəyə məxsus hər mərtəbəsi 140 kv.metr olan 5 otaq və mansardan ibarət ikimərtəbəli evin yanar konstruksiyaları 280 kv. metr sahədə yanıb. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 18 nəfər şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR