Masallı sakinindən 30 kq narkotik götürülüb

Masallı sakinindən 30 kq narkotik götürülüb
# 06 avqust 2020 12:19 (UTC +04:00)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini E.Əhədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 21,5 kiloqramdan artıq heroin və 9 kiloqrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR