Masallıda ər və arvadı bıçaqlanıb

Masallıda ər və arvadı bıçaqlanıb
# 30 aprel 2021 18:52 (UTC +04:00)

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.

Təxminən 20-25 yaşlarında olan ər və arvadı qohumları evə gələndə huşsuz vəziyyətdə döşəməyə yıxılmış formada tapıblar.

Hər ikisinin bıçaq xəsarətləri aldığı bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Bıçaqlanan şəxslər 1986-cı il təvəllüdlü Eşqin Qədir oğlu Əbilzadə və 1995-ci il təvəllüdlü Nərmin Sadiq qızı Əbilzadədir.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR