Metro polisi axtarışda olan 23 nəfəri saxlayıb

Metro polisi axtarışda olan 23 nəfəri saxlayıb
# 30 iyun 2020 13:54 (UTC +04:00)

Bakıda axtarışda olan 23 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində respublikanın daxili işlər orqanları tərəfindən borclu şəxs qismində axtarışda olan 23 nəfər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR