Mingəçevir sakinini Bakıda avtomobil vuraraq öldürüb

Mingəçevir sakinini Bakıda avtomobil vuraraq öldürüb
# 12 aprel 2021 13:06 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “Dodge” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini A.Abdullayevi vurub. Qəza nəticəsində piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR