Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var

Mingəçevirdə avtomobil aşıb, xəsarət alanlar var
# 20 aprel 2021 00:32 (UTC +04:00)

Mingəçevirdə yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Energetik yaşayış massivində, İncilli yolu adlanan istiqamətdə qeydə alınıb.

İdarəetmədən çıxan "Hyundai" markalı minik maşını aşıb. Qəza nəticəsində avtomaşında olan 1999-cu il təvəllüdlü Abdullayev İsmixan Sadiq oğlu və 2002-ci il təvəllüdlü Abbaszadə Emil Asif oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR