Mingəçevirdə avtomobil piyadanı vurub

#
# 21:26
10 aprel 2021

Mingəçevirdə çimərliyə gedən yol istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Opel” markalı minik maşını şəhər sakini, 1940-cı il təvəllüdlü Süleymanova Adilə Əli qızını vurub. 

Ayaq nahiyəsindən xəsarət alan qadın hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralının durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR