Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb

Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb
# 27 yanvar 2021 21:45 (UTC +04:00)

Mingəçevirdə 6 yaşlı qız qaynar çaydanı üzərinə aşırıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Əkinçi küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib.

2015-ci il təvəllüdlü şəhər sakini Abdullayeva Türkay Elvin qızı qaz sobası üzərində dayanan qaynar suyu dağıdıb. Çoxsaylı yanıq xəsarətləri alan körpə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR