Mingəçevirdə gənc oğlan çimərlikdə üzündən xəsarət alıb

Mingəçevirdə gənc oğlan çimərlikdə üzündən xəsarət alıb
# 03 iyul 2020 20:58 (UTC +04:00)

Mingəçevir su anbarında çimən gənc suya atılarkən xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib.

2001-ci il təvəllüdlü Daşkəsən rayon sakini Tağıyev Şamil Şakir oğlu çimərkən sifət nahiyəsindən xəsarət alıb. Məlumata görə, suya atılarkən onun sifəti suyun dibindəki qaya parçasına çırpılıb.

Yaralı xəstəxanaya apaılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR