Mingəçevirdə mikroavtobus piyadanı vurub

Mingəçevirdə  mikroavtobus piyadanı vurub
# 27 mart 2021 20:16 (UTC +04:00)

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib.

“Ford” markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədova Zemfira Məmməd qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR