Mingəçevirdə sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb

Mingəçevirdə sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
# 18 noyabr 2020 19:48 (UTC +04:00)

Mingəçevir şəhərində sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, iki gün öncə şəhərin Vidadi küçəsi 3 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Hüseynova Mehriban Məhəmməd qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq, M. Hüseynova bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR