Mingəçevirdə şirkətdən 2400 kq mis oğurlanıb

Mingəçevirdə şirkətdən 2400 kq mis oğurlanıb
# 27 aprel 2021 11:30 (UTC +04:00)

Mingəçevirdə şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 26-dək olan müddətdə şəhərdə yerləşən “Azərkabel” ASC-nin ərazisindən 2400 kiloqram mis naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Əhmədbəyli saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR