Mingəçevirdə yol qəzasında 2 nəfər xəsarət alıb

Mingəçevirdə yol qəzasında 2 nəfər xəsarət alıb
# 20 iyun 2020 16:58 (UTC +04:00)

Mingəçevirdə yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, yol qəzası 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 21 099” markalı minik avtomobili ilə digər minik maşını toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR