Müğənni Aslan Hüseynov yol qəzasında ölüb - YENİLƏNİB - FOTOLAR

#
# 17:18
4 may 2021

Bu gün Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə “KamAZ" markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.

APA qəza yerindən fotoları təqdim edir.

***

14.31

Müğənni Aslan Hüseynov idarə etdiyi avtomobillə qəzaya uğrayıb. 

DYP-dən APA-ya verilən məlumata görə,  Bakı-Qazax yolunun 60-cı kilometrliyində BMW markalı minik avtomobili ilə “KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətdən ölüb. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR