Müsavat partiyasının qərargahından oğurluq olub

Müsavat partiyasının qərargahından oğurluq olub
# 19 avqust 2020 11:54 (UTC +04:00)

Müsavat partiyasının qərargahından oğurluq olub.

APA-nın xəbərinə görə, bu barədə Müsavat partiyasının başqanı Arif Hacılı facebookda səhifəsində yazıb.

O qeyd edib ki, ötən gecə dəmir barmaqlıqları kəsib şüşələri sındıraraq partiyanın qərargahına daxil olan naməlum şəxs və şəxslər oradan 2 ədəd kondisioner oğurlayıblar: “Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR