Nardaran sakini silahını polisə təhvil verib

Nardaran sakini silahını polisə təhvil verib
# 29 avqust 2020 11:58 (UTC +04:00)

Nardaran sakini könüllü olaraq odlu silahını polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan proflaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini İ. Əliyev müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.

Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan proflaktik tədbirlər nəticəsində Ağdam rayonunun Sarıcalı kənd sakini N.Təhməzov mərhum atasına məxsus müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq RPŞ-nə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR