Narkotik satışı ilə məşğul olan Qobu sakinləri saxlanılıb

Narkotik satışı ilə məşğul olan Qobu sakinləri saxlanılıb
# 25 avqust 2020 17:07 (UTC +04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron  rayonunda keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qobu qəsəbə sakini Muxtar Qəribov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 11 qram narkotik vasitə tiryək, yaşadığı mənzildən isə 45 qram tiryək, 244 qram həşiş qətranı, 254 qram marixuana və 1 qram heroin aşkar edilib. 

Baş İdarə əməkdaşları tərəfindən Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində keçirilən növbəti tədbir zamanı isə Abşeron rayonu Qobu qəsəbəsi sakini Əlihüseyn Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 6 qram heroin aşkar edilib. Əməliyyatın davamı olaraq Əlihüseyn Hüseynovun yaşadığı mənzildən əlavə 1 kiloqram  heroin, 680 qram metanmfetamin və 280 qram qurudulmuş maruxuana aşkar olunaraq götürülüb.

Sonuncu məliyyatlar nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxsin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər və satışını təşkil etmək istəyiblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR