Narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı açıqlanıb

Narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı açıqlanıb
# 04 avqust 2020 10:57 (UTC +04:00)

Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı 143 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata gorə, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Bildirilib ki, ümumilikdə aşkar edilmiş cinayətlərin 194-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 769,6 kq narkotik vasitələr müsadirə edilib.

Qeydə alınmış cinayətlərin 822-si isə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib və onlardan 208,4 kq müxtəlif növ narkotik vasitələr götürülüb.

Təhlil göstərir ki, ötən ilin 1-ci yarımili ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilmiş cinayətlərin sayı 47 fakt, ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kq 793,9 qr, yabanı halda müəyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kq 409 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 250 nəfər artıb, 16-18 yaşadək olanların sayı 1, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı 7 nəfər azalıb.

Qaçaqmalçılıqla bağlı aşkar edilən faktlarin sayı 108 fakt azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin çəkisi 400,4 kq çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR