Neftçalada 2 yaşlı uşaq avtomobilin altında qalaraq ölüb

Neftçalada 2 yaşlı uşaq avtomobilin altında qalaraq ölüb
# 30 iyun 2020 10:39 (UTC +04:00)

Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn, Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus "Qazel" markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR