Nəvahidə minik avtomobili betonqarışdıran maşınla toqquşub, yaralılar var - FOTO

Nəvahidə minik avtomobili betonqarışdıran maşınla toqquşub, yaralılar var - FOTO
# 26 sentyabr 2020 17:39 (UTC +04:00)

Hacıqabulda minik avtomobili betonqarışdıran maşınla toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Təmir olunan yolda “Opel” markalı avtomobil idarəetməni itirərək betonqarışdıran maşınla toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR