Oğuzda güclü külək bir sıra fəsadlar törədib - FOTO

Oğuzda güclü külək bir sıra fəsadlar törədib - FOTO
# 15 iyul 2020 17:55 (UTC +04:00)

Oğuz rayonunda güclü külək bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saat 15 radələrində rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb, güclü küləklə müşahidə edilən qısa müddətli leysan yağışı və bəzi ərazilərə dolu yağıb.

Güclü külək nəticəsində bir sıra ərazidə ağacların iri budaqları, yüksək gərginlikli elektrik naqilləri qırılıb, rayonun bir-sıra ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Dəymədağlı kəndi ərazisindən keçən hissəsinin kənarında yeni tikilən ticarət binasının dam örtüyünü külək uçurub.

Hazırda müvafiq qurumlar güclü külək nəticəsində yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR