Ötən gün 5 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Ötən gün 5 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
# 28 aprel 2021 10:40 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 27-də respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR