Ötən gün 7 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Ötən gün 7 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
# 23 aprel 2021 10:04 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 22-də respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR