Ötən gün baş verən qəzalarda 4 nəfər ölüb

Ötən gün baş verən qəzalarda 4 nəfər ölüb
# 01 sentyabr 2020 10:20 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR