Ötən gün yaşayış yerini tərk edən 7 koronavirus xəstəsi saxlanılıb

Ötən gün yaşayış yerini tərk edən 7 koronavirus xəstəsi saxlanılıb
# 20 aprel 2021 10:14 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 19-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR