Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
# 22 aprel 2021 10:23 (UTC +04:00)

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 inayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR