Paytaxtda karantin qaydalarına əməl etməyən idman zalı aşkarlanıb

Paytaxtda karantin qaydalarına əməl etməyən idman zalı aşkarlanıb
# 20 avqust 2020 10:04 (UTC +04:00)

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR