Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimin barəsində çıxarılan hökmdən protest verib

Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimin barəsində çıxarılan hökmdən protest verib
# 12 avqust 2020 15:03 (UTC +04:00)

Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimin barəsində çıxarılan hökmdən apellyasiya protesti verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb: “Bildiririk ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.

Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR