Prokurorluq başına daş parçası düşən yeniyetmə ilə bağlı araşdırma aparır

Prokurorluq başına daş parçası düşən yeniyetmə ilə bağlı araşdırma aparır
# 04 may 2021 14:53 (UTC +04:00)

Prokurorluq Bakıda yeniyetmənin başına daş parçası düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparır.

Səbail raon prokurorluğundan APA-ya verilən məlumatına görə, aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR