Prokurorluq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə videoçarx hazırlayıb - VİDEO

Prokurorluq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə videoçarx hazırlayıb - VİDEO
# 14 aprel 2021 12:23 (UTC +04:00)

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar öz məmnunluqlarını ifadə edir, sosial şəbəkələrdə çoxsaylı videomüraciətlər ünvanlayırlar.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur:

"Növbəti videoçarxda isə Tovuz rayon prokurorluğuna müraciət edərək, şikayəti üzrə prokurorluq orqanlarında görülmüş işlərdən razılığını bildirən Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Abdıyeva Sücayət Abdı qızının videomüraciətini izləyə bilərsiniz.

Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR