Prokurorluqda özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar yaradılıb

Prokurorluqda özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar yaradılıb
# 05 avqust 2020 15:35 (UTC +04:00)

Prokurorluq tarixində ilk dəfə özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar yaradılıb.

APA-nın məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev tərəfindən Baş Prokurorluğun Kollegiyasının keçirilmə formasının dəyişdirilməsi barədə məlumat verilib, hüquqi statusunun prokurorluqda idarəçiliyin cavabdehlik, hesabatlılıq və məsuliyyətlilik dəyərlərini özündə əks etdirən kollegial orqan kimi təsbit edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı vurğulanıb ki, ilk dəfə Baş Prokurorluğun struktur qurumu olmayan, konkret vəzifələrin icrasını həyata keçirən, prokurorluq sistemində özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar olan İntizam Komissiyası və Etik Davranış Komissiyasının üzvlüyünə namizədlər Baş Prokurorluğun Kollegiyasında müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR