Qazax rayonunda təhlükəli sursat aşkarlanıb - FOTO

Qazax rayonunda təhlükəli sursat aşkarlanıb - FOTO
# 21 avqust 2020 07:56 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Kəmərli kəndi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin mobil əməliyyat və kinoloji qrupları, eləcə də DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları həmin əraziyə baxış keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində F-1 əl qumbarası, UZRQM parladıcısı və 7,62 millimetrlik (PS) 52 patron aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların tapıldığı yerin ətrafında 60 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR