Qazaxda azyaşlını maşın vurub, vəziyyəti ağırdır

Qazaxda azyaşlını maşın vurub, vəziyyəti ağırdır
# 07 iyun 2020 00:23 (UTC +04:00)

Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Nuray Həsənli Hüseyn qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR