Qəbələdə evdə partlayış olub, 89 yaşlı qadın yanaraq ölüb

Qəbələdə evdə partlayış olub, 89 yaşlı qadın yanaraq ölüb
# 05 may 2021 12:39 (UTC +04:00)

Qəbələ rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb. Kənd sakini, 1932-ci il təvəllüdlü Mahmudova Sabirə Səid qızı yaşadığı fərdi evdə kustar üsulla quraşdırılan qaz sobasını yandırarkən ehtiyatsılıq edib və qaz sızması səbəbindən baş verən partlayış zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Sabirə Mahmudova təcili olaraq Qəbələ Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 89 yaşlı qadını xilas etmək mümkün olmayıb. S. Mahmudova aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanada vəfat edib.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR