Qubada UAZ "KamAZ"la toqquşub, ölən var

Qubada UAZ "KamAZ"la toqquşub, ölən var
# 12 oktyabr 2020 16:19 (UTC +04:00)

Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Nügədi yolunda qeydə alınıb.

UAZ və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində Qubanın Möhüc kənd sakini Bəhram İsayev ölüb.

Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR