Ramana qəsəbəsində yanğın olub

Ramana qəsəbəsində yanğın olub
# 19 dekabr 2020 17:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, gölə yaxın açıq ərazidə təqribən 70 m² sahədə təkər və məişət tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR