Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib - FOTO

Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib - FOTO
# 24 oktyabr 2020 09:56 (UTC +04:00)

Rusiya hüquq-mühafizə orqanları iki azərbaycanlını beynəlxalq axtarışa verib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1976-cı ildə Şamaxıda anadan olan Bəylər Niftəliyev zorakılıq və soyğunçuluqda, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Əli Əliyev isə sağlamlığa ağır zərbə vurma və soyğunçuluqda təqsirli bilinir.

Hər iki şəxs barəsində Rusiya məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və onların saxlanması ilə bağlı İnterpola müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR