Saatlıda "Aşura" mərasimi keçirməyə cəhd edənlər saxlanılıb - FOTO

Saatlıda "Aşura" mərasimi keçirməyə cəhd edənlər saxlanılıb - <span class=FOTO'>
# 30 avqust 2020 13:11 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq bir qrup şəxsin şəhər ərazisində yerləşən parkların birində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 19 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR