Saatlıda qatar yük maşını ilə toqquşub, xəsarət alan var - FOTO - YENİLƏNİB

Saatlıda qatar yük maşını ilə toqquşub, xəsarət alan var - FOTO - YENİLƏNİB
# 06 iyul 2020 10:18 (UTC +04:00)

Saatlıda qatar avtomobili vurub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci kilometrliyində qeydə alınıb.

Bakı sakini, 1973-cü il təvəllüdlü Məhərrəmov İsmayıl Məhəmməd oğlu idarə etdiyi “ATECO” markalı 90 RM 314 dövlət nömrə nişanlı yük avtomobili ilə qorunmayan dəmir yolu xəttini keçərkən qatarla toqquşub. Nəticədə avtomobilin sürücüsü ağır xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

***

saat 07:49

Saatlıda qatar avtomobili vurub, bir nəfər ağır xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci km-də qeydə alınıb.

Dəmir yolunu keçən “ATECO” markalı yük avtomobilini qatar vurub. Nəticədə sürücü ağır xəsarət alıb. Yaralı sürücü qolunun travmatik amputasiyası vəziyyətində təcili təcili tibbi yardımla Şirvan xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR