Saatlıda yas mərasimləri keçirənlər cərimələnib

#
# 10:41
15 aprel 2021

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şirinbəy və Dədə Qorqud kəndlərindəki 2 fərdi yaşayış evində yas mərasimlərinin keçirildiyi aşkar edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, həmin ünvanlara baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimlərdə iştirak edən 6 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR