Sabirabad sakini qarət etdiyi evi yandırıb

Sabirabad sakini qarət etdiyi evi yandırıb
# 03 may 2021 13:06 (UTC +04:00)

Sabirabadda oğurluq etdiyi evi yandıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sabirabad şəhəri Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib. Nəticədə 60 kvm. sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb.

Sabirabad polisi tərəfindən aparılan araşdırmalarla evdən 1200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qalağayın kənd sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR