Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşüb

Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşüb
# 28 aprel 2021 21:52 (UTC +04:00)

Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşərək ona xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaralar kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Cəfərov Nuhin Səyyub oğlunun üzərinə ağır əşyanın aşması nəticəsində daxili orqanı zədələnib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yeniyetmə qara ciyərin ciddi zədəsi diaqnozu ilə əməliyyata götürülüb. Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR