Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
# 14 iyul 2020 13:47 (UTC +04:00)

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 13-də saat 16 radələrində Sabirabad rayonunun Qaratuğay kəndi ərazisində Yenikənd kənd sakini H.Salahov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən  kənd sakini Səbuhi Rüstəmovu vurduqdan sonra avtomobili aşırıb. S.Rüstəmov hadisə yerində ölüb.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR