Sabirabadda ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonunun Yenikənd kəndində qeydə alınıb. Ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.