Sabirabadda yanğın olub, bir nəfər xəsarət alıb

Sabirabadda yanğın olub, bir nəfər xəsarət alıb
# 18 aprel 2021 09:04 (UTC +04:00)

Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 152 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində taxta atmalar və tavana çəkilmiş şüşə-pambıqdan ibarət üzlük 26 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR