Sabirabadda yük avtomobili aşıb, sürücü xəsarət alıb - FOTO

Sabirabadda yük avtomobili aşıb, sürücü xəsarət alıb - FOTO
# 25 avqust 2020 19:32 (UTC +04:00)

Sabirabadda yük avtomobili aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. "Shacman" markalı yük avtomobili "Vito Mercedes" markalı avtomobillə toqquşub. Qumla yüklənmiş yük avtomobili aşıb, qum yola dağılıb. Yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR