Sabirabadda yük maşını yol kənarına aşıb, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Sabirabadda yük maşını yol kənarına aşıb, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
# 02 may 2021 16:23 (UTC +04:00)

Sabirabadda avtomobil ehtiyat hissələri ilə yüklənmiş avtomobil aşıb, 2 nəfər xəsarət

alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobil ehtiyat hissələri ilə yüklü olan 90 UZ 038 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək sərt döngədə aşıb. Avtomobildə olan sürücü Gəncə sakini, 1995-ci il təvəllüdlü İsmayılov İbrahim Çərkəz oğlu və sərnişin Bakı sakini, 1983-cü il təvəllüdlü Hüseynov Azər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qəza zamanı avtomobildə olan ehtiyat hissələri yolun kənarına dağılıb.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.

Saat 13:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

APA FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR