Şabranda “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb - FOTO

Şabranda “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb - FOTO
# 16 avqust 2020 09:53 (UTC +04:00)

Şabranda “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şabran rayonunun Aygünlü kəndində “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR