Şabranda avtomobilin aşması nəticəsində 3 nəfər ölüb - YENİLƏNİB

Şabranda avtomobilin aşması nəticəsində 3 nəfər ölüb - YENİLƏNİB
# 11 aprel 2020 10:15 (UTC +04:00)

Şabranda baş vermiş yol qəzasında ölənlərin sayı 3 nəfər çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 1993-cü il təvəllüdlü Cəlal Azad oğlu Babayev xəstəxanada ölüb.

***

10 aprel, 23.02

Bu gün axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıqaraqaşlı kəndində qeydə alınıb.

"Kia Cerato" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dünyasını dəyişənlər Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğludur. Xəsarət alan şəxslər isə Zəkiyev İsmayıl Rövşən oğlu, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğludur.

Xəsarət alan şəxslərin müalicəsi Şabran MRX-də davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR