Salyanda arvadını bıçaqlayandan sonra özünü yandıran ər ölüb - YENİLƏNİB

Salyanda arvadını bıçaqlayandan sonra özünü yandıran ər ölüb - YENİLƏNİB
# 30 iyul 2020 20:06 (UTC +04:00)

Salyanda həyat yoldaşını bıçaqlayandan sonra özünü yandıran ər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Məcid Kərimov xəstəxanada keçinib.

***

29 iyul

Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir. Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR